"Yaşam sənəti" - xülasə
"Yaşam sənəti" - 1981-ci ildə dünyanın məşhur xeyriyyəçisi və mənəvi lderi Gurudev Şri Şri Ravi Şankar tərəfindən əsası qoyulan qeyri-dövlət humanitar təşkilatdır. Bu təşkilat Rusiyada 2003-cü ildən fəaliyyət göstərir və "Yaşam sənəti" məhdud məsuliyyətli cəmiyyəti kimi təqdim edilir.
150-dən çox ölkədə fəaliyyət göstərməklə "Yaşam sənəti" sağlam həyat tərzini, intellektual və mənəvi inkişafı və ümumi insani dəyərlərin bərpasını təbliğ edərək xeyriyyəçi və humanitar missiyasını həyata keçirir. Təşkilat Şri Şri Şankarın fəlsəfəsini əsas götürərək fəaliyyət göstərir: "Nə qədər ki, ağlımız stresdən, cəmiyyətimiz isə zorakılıqdan azad deyil biz bütün dünyada sülhə nail ola bilməyəcəyik. "Yaşam sənəti" təşkilatının fəaliyyəti çox rəngarəngdir və dünyanın hər yerindən olan müxtəlif irqli və dini inanclı insanları cəlb edir.
Təşkilatın bütün fəaliyyəti xeyriyyə və təhsil layihələrində "Yaşam sənəti" üzvlərinin könüllü və qarşılıqsız iştirakına əsaslanır. Təşkilatın əksər təlimçiləri və əməkdaşları könüllülərdir.
Rusiyadakı "Yaşam sənəti" mərkəzində bü günkü gündə 850 könüllü təlimçi qruppası fəaliyyət göstərir. Onlar liderlik bacarığını, ünsiyyət qurmağı, gərginlik və stresdən azad olmağı inkişaf etdirən kurslar keçirirlər və onların sayı günü gündən artır. Son 5 ildə "Yaşam sənəti" nin instruktorları bütün Rusiya üzrə 125 000 -dən çox insanla kurslar keçiriblər.
"Yaşam sənəti" stresdən azad edən və dərin daxili rahatlıq yaradan, xoşbəxtlik və əmin-amanlıq gətirən çoxlu sayda yüksək effektli maarifləndirici və özünüinkişaf proqramları təqdim edir. Bu proqramlara nəfəs texnikaları, meditasiya, gündəlik həyat üçün yoqa və təcrübi müdriklik daxildir. Bu vasitələr artıq milyonlarla insanın öz həyatlarını bütünlüklə dəyişməsinə şərait yaradıb.
Kurslarla yanaşı "Yaşam sənəti" "Ümumbəşəri insani dəyərlər beynəlxalq asosiasiyası" ilə əməkdaşlıq edərək çoxlu sayda humanitar proyektləri və könüllü təşəbbüssləri o cümlədən: münaqişələrin həlli ilə bağlı proqramlar, təbii fəlakətlərin qurbanlarına yardim, kənd və qəsəbələrin davamlı inkişafı, qadın azadlığı və hüquqlarının genişlənməsi, məhbusların reabilitasiyası, bütün təbəqədən olan insanların inkişafı və ekoloji stabilliklə bağlı məsələləri uğurla həyata keçirir.
Təşkilatın yaradıcısı Gurudev Şri Şri Ravi Şankar haqqında onun doğma vətəni Hindistanda belə deyirlər: "Mahatma Qandidən başqa heç bir kəs irqi, dini inancları, adət-ənənələri, siyasi-iqtisadi və milli statusu fərqli olan bu qədər insanı bir araya gətirərək vahid mənəvi dünya ailəsi yarada bilməyib". Şri Şri Ravi Şankarın müraciəti çox sadədir: "Sevgi və müdriklik nifrət və zorakılığa üstün gəlməlidir". Xoşbəxtlikdən bu müraciət sadəcə şüar kimi qalmamış, "Yaşam sənəti" təşkilatının vasitəsi ilə fəaliyyətə keçmiş və nəticələr vermişdir.
![Art Of Living Logo](/sites/all/themes/aol-zen/images/artofliving_logo.png)