Tərcümeyi-hal

Tərcümeyi-hal

Hələ uşaq ikən Şri şri Ravi Şankar vahid dünya ailəsi qurmaq arzusunda idi. Hazırda o, dünyanın ən böyük könüllü təşkilatlarından birinin banisidir.

Şri şri Ravi Şankar humanitar lider, mənəvi ustad və dünya səfiridir. Onun stresdən və zorakılıqdan  azd cəmiyyət qurmaq arzusu bütün dünyada milyonlarla insanı ruhlandırmışdır.

Hər şey necə başladı

1956-cı ildə Hindistanın cənubunda anadan olan Şri Şri Ravi Şankar çox istedadlı uşaq idi. 4 yaşında ikən onu tez-tez meditasiya vəziyyətində tapmaq olurdu və o artıq  Bhaqvat Gitanı - sanskrit dilində yazılmış qədim bilikləri sitat gətirirdi. Onun ilk müəllimi uzun illər Mahatma Qandinin müttəfiqi olmuş Sudarak Çaturvedi idi. 1973-cü ildə 17 yaşında Ravi Şankar artıq ali məktəbin məzunu idi. O 2 ixtisasda: veda ədəbiyyatı və fizika üzrə bakalavr dərəcəsinə yiyələnmişdir. 

 

“Yaşam sənəti” fondunun və “Ümumbəşəri dəyərlər” beynəlxalq birliyinin yaranması.

1982-ci ildə Şri Şri Şimoqada (Hindistanın Karnataka ştatında yerləçir) on günlük sükuta qərq olur. Bu müddət ərzində Sudarşan Kriya – güclü nəfəs texnikası yaranır. Tədricən Sudarşan Kriya “Yaşam sənəti” kurslarının əsas hissəsinə çevrilir. 

1981-ci ildə Şri Şri “Yaşam sənəti” beynəlxalq qeyri-kommersiya maarifləndirici və humanitar təşkilatını yaradır. Onun maarifləndirici və inkişafetdirici proqramları insana stresdən azad olmaqda və həyatdan zövq almağa kömək edən həqiqətən əhəmiyyəti olan metodikalar təqdim edir. Bu praktikalar hər hansı xüsusi bir xalq üçün düşünülməyib – bu kurslar effektlivliyini  bütün dünya miqyasında və hər təbəqədən olan insanlar üçün sübuta yetirib. 1997-ci ildə Şri Şri Ravi Şankar “Ümumbəşəri dəyərlər” Beynəlxalq Asosiyasiyasının üzvü olur. Bu asosiasiya “Yaşam sənəti” ilə birgə ümumbəşəri dəyərləri təbliğ edir və konfliktlərin həlli ilə bağlı işlər aparır. Bu iki müttəfiq təşkilatın könüllüləri Hindistan, Afrika və Cənubi Amerikada 36000 kəndi əhatə edən fərdi inkişaf üzrə proqramların təşəbbüskarıdılar. 

Dünyanı birləşdirən мüdriklik və mənəvi xidmət

Məşhur humanitar lider Şri Şri Ravi Şankarın proqramları geniş sayda insan kütləsinə: təbii fəlakət qurbanlarına, terror aktlarından və müharibə zonalarından sağ çıxmış insanlara, uğursuz ailələrdən olan uşaqlara, bir-biri ilə mübahisə aparan kənd icmalarının nümayəndələrinə və  digər çoxlu sayda insana kömək edir. Onun sözünün gücü çoxlu sayda könüllünü  mənəvi xidmətə əsaslanan vahid kütlə altında birləşdirib. 

Mənəvi müəllim kimi Şri Şri yoqa və meditasiya ənənəsini bərba edərək onu elə çəkildə təqdim edib ki, XXI əsrin insanları arasında geniş əks-səda doğurub. Qədim biliklərə əsaslanaraq Şri Şri şəxsi və ictimai yenilənmə üçün yeni texnikalar yaradıb. Onlardan biri olan Sudarşan Kriya milyonlarla insana stresdən azad olmaq imkanı və gündəlik həyatda gərəkli olan daxili enerji və sakitlik qaynağı açmağa imkan yaradıb. Onun proqramları 29 il ərzində 150-dən çox ölkənin insanlarının həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

 

Mübariz insan

Bir sülhməramlı kimi Şri Şri konfliktlərin həllində vacib rol oynayır. O, ictimai forumlarda və  görüşlərdə    zorakılıq əleyhinə ideologiyanı irəli sürür. Neytral siyasi lider kimi o öz unikal proqramı ilə o konfliktli ərazilərdə yaşayan insanlara real ümidlər verir. O, İrak,  Kəşmir və Bixarda münaqişəli tərəflərin nümayəndələrini ümumi müzakirə masası arxasında topladıqdan sonra xüsusi hörmət və etibar qazandı. 

Öz fəaliyyəti və çıxışları ilə Şri Şri Ravi Şankar insanlarda ümumbəşəri dəyərlərin möhkəmlənməsinin vacibliyini  və bizim hamımızın ümumbəşəri insan olmağımızın aliliyini dərk etməmizi vurğulayır. Dünyada daimi sülh yaratmaq məqsədi ilə onun səylərinin əhəmiyyətli hissəsi dinlərarası anlaşma və faşizm əleyhinə olaraq çoxmədəniyyətli cəmiyyətin təbliğidir. Onun səyi dünyada milyonlarla insanın həyatına təsir edib. O, dini, milliyətçi və təbəqə ayrı-seçkiliyinə qarşı durur və “bütün dünya-yeganə ailədir” şüarını irəli sürür. Həmçinin, bildirir ki, daxili və xarici rahatlıq qarşılıqlıdı, stresdən və zorakılıqdan azad cəmiyyət yalnız ümumbəşəri dəyərləri dirçəltməklə qurulur.

Fəaliyyəti

Dünyanın ən görkəmli sülhməramlı insanlarından biri haqqında daha cox məlumat toplayın

Ümumbəşəri dəyərlər:

  1. Dinlərarası yekdillik və qarşılıqlı hörmət
  2. İctimai birlik
  3. İctimai məsuliyyət
  4. Ehtiyacı olanlara kömək
  •  
  •  

Şri Şri Ravi Şankar zorakılıqdan və stresdən azad cəmiyyət yaratmağı özünə məqsəd kimi görür və bu bir çox təşəbbüslərdə özünü göstərərək dünyanın hər yerindən olan könüllüləri onun rəhbərliyi altında çalışmağa ruhlandırır.

"Həyat sənəti" fondunun yaradıcısı müxtəlif pozisiyalarda çıxış edir: bəziləri üçün o mənəvi lider və meditasiya müəllimidir, digərləri üçün - humanist və sülh uğrunda mübarizə aparandır.

Artıq 30 ildir ki, Şri Şri Ravi Şankar aşağıdakı fəaliyyətlə məşğul olur:

  1. ümumbəşəri dəyərlərin təbliğatı
  2. müxtəli dinlərin barışığı
  3. müxtəlif təbəqələri təmsil edən insanların qarşılıqlı anlaşması
  4. ictimai məsuliyyətin yayılması
  5. humanitar məqsədlərin həyata keçirilməsinə yönəldilmiş fəaliyyət və s.

O bütün dünyanı səyahət edərək insanlara "Yaşam səntini" öyrədir. O Sudarşan Kriya adlı stressi aradan qaldıran nəfəs texnikası öyrədilən xüsusi kurs yaradıb. "Yaşam sənəti" kursları 3 milyondan çox insanın həyatına təsir edib.

Şri şri Ravi Şankar daim öz örnəyi ilə insanları ruhlandırır: bu reabilitasiya məqsədi ilə təbii fəlakət zonalarına ziyarətdən tutmuş, kənd gəncləri ilə söhbətlər, hər axşam keçirilən satsanqlar (insnların bir yerə toplaşaraq birlikdə meditasiya etdiyi, oxuyub oynadığı və dəyərli bilikləri paylaşdığı görüşlər) və ya çətin həyat tərzinin öhdəsindən nec gələ bilməklə əlaqəli suallar ola bilər.

Şri Şri Ravi Şankar dünyanın hər yerinə səyahət edir və müxtəlif millətlərdən, ictimai təbəqələrdən olan, müxtəllif dildə danışan insanlarla ünsiyyət yaradır. Bunlar həm məhbuslar, həm də təçkilat rəhbərləri, kasıb kənd əhli və məktəb şagirdləri və s. ola bilər. Bütün hallarda Şri Şri Ravi Şankarın məqsədi ümumbəşəri dəyərləri inkişaf etdirmək və insanların yaşam keyfiyyətini yaxşılaşdırmaqdır.

Bir-biri ilə müharibə aparan ölkələrdən olan insanların "Yaşam sənəti" kursları zamanı yanaşı oturmağını görmək təəccüblüdür. Onun "vahid dünya ailəsi" fəlsəfəsi və ideyası ümumbəşəri dəyərlərin yayılmasına yol açır.

 
Founded in 1981 by Sri Sri Ravi Shankar,The Art of Living is an educational and humanitarian movement engaged in stress-management and service initiatives.Read More